İKT

Yanvar-mart aylarında elektrik avadanlığı istehsalı 37,4 faiz artıb
01 MAY
155

Yanvar-mart aylarında elektrik avadanlığı istehsalı 37,4 faiz artıb

2018-05-01 15:50:00

2018-ci ilin yanvar-mart aylarında kompüter və elektron məhsulları, elektrik avadanlığı istehsalı sahələrində 56,5 milyon manatlıq məhsul istehsal edilib. Əvvəlki ilin yanvar-mart ayları ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 18,3 faiz azalıb, elektrik avadanlığı istehsalı isə 37,4 faiz artıb.

Dövlət Statistika Komitəsindən  bildirilib ki, dövr ərzində əvvəlki ilin yanvar-mart ayları ilə müqayisədə 1 kV-dan çox gərginlik üçün elektrik cərəyanı naqillərinin istehsalı 5,2 dəfə, elektrik paylayıcı və nəzarət cihazları hissələrinin istehsalı 1,9 dəfə artıb, məişət soyuducularının istehsalı isə 40,6 faiz azalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254