İKT

“Xiaomi” şirkəti sensor ekranlı fitnes bilərziyini təqdim edib
01 MAY
153

“Xiaomi” şirkəti sensor ekranlı fitnes bilərziyini təqdim edib

2018-05-01 15:46:00

Çinin “Xiaomi” şirkəti sensor ekrana malik yeni nəsil “Mi Band 3” fitnes bilərziyini təqdim edib.
Fins.az xəbər verir ki, “Xiaomi Mi Band 3” fitnes bilərziyi sensor OLED ekranla təchiz edilib və görünüşcə əvvəlki nəsil elektron qurğusunu xatırladır. Həmçinin cihaza ürək ritminin skaneri quraşdırılıb. “Xiaomi Mi Band 3” bilərziyinin qayışı çıxarılıb taxılandır.
Fitnes bilərzik damcı formasında hazırlanıb. Displey bilərziyin üstündən 2  mm yuxarıda yerləşdirilib. İstehsalçılar bu üsulla displeyi mümkün zədələnmədən qorumaq niyyətindədir.

©ICTnews

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0001
  • ₽ RUB
    0.0277