İKT

Daha bir ölkə “WhatsApp”ı da bloklaya bilər
01 MAY
165

Daha bir ölkə “WhatsApp”ı da bloklaya bilər

2018-05-01 12:49:00

Rusiyada 30-60 milyon nəfərin istifadə etdiyi populyar “WhatsApp” messenceri bu ölkənin ərazisində ədəbi olaraq bloklana bilər. 
Fins.az xəbər verir ki, mütəxəssislər bloklanmanın artıq bu yay başlayacağını gözləyirlər. 
Bildirilir ki, tezliklə “WhatsApp”ı da “Telegram”ın aqibəti gözləyir, bu qaçılmazdır. Rusiya Telekommunikasiyaya Nəzarət Xidməti (“Roskomnadzor”) növbəti populyar messenceri bloklayacaq ki, ondan ölkə əhalisinin 1/3 hissəsi istifadə edir. Bunun üçün isə bir neçə səbəb mövcuddur.
Birincisi, “WhatsApp” da “Telegram” kimi şifrələnmə texnologiyasından istifadə edir və tezliklə Rusiyanın Federal Təhlükəsizlik Xidməti şəxsi məlumatların deşifrə olunması açarlarını tələb edəcək ki, potensial terrorçuların ünsiyyətinə nəzarət edə bilsin. Ancaq bu tələbi yerinə yetirmək mümkün deyil. Çünki xüsusi şifrələnmə texnologiyası olduğundan, belə bir açarlar mövcud deyil. Deməli, xüsusi xidmət orqanlarının belə xahişi hər bir halda yerinə yetirməyəcək.
İkincisi, vətəndaşların şəxsi məlumatlarının saxlanılması yerləri barədə qanuna görə ora çıxış məhdudlaşdırılacaq. Bu gün Rusiyada qüvvədə olan qanunlara əsasən dünyada ən populyar xidmətin bloklanması rəsmi təsdiqini tapmış olur. Bu qanuna əsasən də xidmət hər an, hər saniyə bloklana bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0069
  • ₽ RUB
    0.0273