İKT

BƏƏ-də “Skype” ilə zənglərə qadağa götürüləcək
30 APREL
192

BƏƏ-də “Skype” ilə zənglərə qadağa götürüləcək

2018-04-30 14:11:00

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hökuməti “Skype” və “FaceTime” ilə ödənişsiz zənglərə məhdudiyyətin arasan qaldırılması ilə bağlı danışıqlar aparır.
Fins.az xəbər verir ki, video rabitə üçün ödənişsiz tətbiqlərin bloklanması ilə əlaqədar Birləşmiş Ərəb Əmirliklərinin telekommunikasiya provayderləri istifadəçilərə özlərinin ödənişli tətbiqlərini təklif edirlər. 
Ancaq “Microsoft” korporasiyası BƏƏ-də bir neçə məlumat emalı mərkəzləri yaradaraq işə salıb ki, onlar da bütün Yaxın Şərqi əhatə edir.  
Hazırda ölkə hökuməti “Microsoft” və “Apple” ilə bu məsələ ilə bağlı danışıqlar aparırlar. 
Bundan öncə isə bildirilib ki, Səudiyyə Ərəbistanı hökuməti “WhatsApp” və “Skype” messencerləri ilə səsli zənglərə məhdudiyyəti aradan qaldıracaq. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259