İKT

Huawei Android'ə alternativ olan bir yeni əməliyyat sistemi yaradır
29 APREL
191

Huawei Android'ə alternativ olan bir yeni əməliyyat sistemi yaradır

2018-04-29 22:34:00

Bildiyimiz kimi ABŞ və Çin arasındakı problemlər Huawei və ZTE kimi firmalara böyük təsir edir. Bunun üzərinə sızan bəzi məlumatlara görə Huawei şirkəti Android ƏS-inə alternativ yeni bir sistem üzərində işləyir. Buna səbəb isə ZTE şirkətinin cəsusluqla ittiham edilməsi və telefonlarında Android ƏS-i istifadə etməsinin qadağan oluna biləcəyi təhlükəsidir. Konqressdə alınan qərarlardan sonra ABŞ rütbəli şəxslər Huawei telefonlarının alınmasını məsləhət görmədiklərini dedilər.

Əgər ABŞ Huawei-ə  ZTE şirkətinə göstərdiyi təzyiqləri göstərərsə və Android lisenziyasını əlindən alarsa, Huawei şirkəti də telefonlarında öz əməliyyat sistemini işlədəcək.    

Qeyd etməliyik ki, bu şirkətin ən son planı olaraq vurğulanır. Və ona görə gizlicə təkminləşdirilir. Nəzərə alsaq ki, mobil sistem bazarının 99%-ini Android və iOS idarə edir, o zaman Huawei-n bu planı çox da uğurlu səslənmir. Nəticədə ABŞ hələki bu şirkətə qarşı sanksiyalar tətbiq etməyib və hələ də Android-in mükəmməl bazasından istifadə edə bilirlər. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0016
  • ₽ RUB
    0.0276