İKT

“Telegram” işini bərpa edib
29 APREL
230

“Telegram” işini bərpa edib

2018-04-29 22:23:00

“Telegram” messencerinin komandası Avropadakı serverlərin işinin bərpa edildiyini bildirib.  

Bu barədə messencerin Twitter-də dərc edilmiş məlumatında qeyd edilir.

“Telegram” Avropa, Yaxın Şərq və MDB məkanında istifadəçilərinə qayıdıb”, – deyə tvitdə qeyd edilib.

12.34

“Telegram” messencerində baş vermiş problemə Amsterdamın əyalətlərində elektrik enerjisinin kəsilməsi səbəb olub.

Bu barədə messencerin Twitter-də dərc edilmiş məlumatında qeyd edilir.

“Telegram” nümayəndələri istifadəçilərdən yaranmış problemə görə üzr istəyib.

Aprelin 29-da messencerin işində nasazlıqlar yaranıb.

Avropa, Misir, Küveyt və Rusiyada “Telegram”a giriş mümkün olmayıb.

Həmçinin “Telegram”a giriş Azərbaycanda da problem yaradıb.

10.29

Avropa ərazisində “Telegram” istifadəçiləri yaxın saatlarda qoşulmada problem yaşaya bilər.

Bu barədə messencerin yaradıcısı Pavel Durov Twitter hesabında yazıb:

“Telegram”ın serverlərindən birində güclü yüklənmə olub. Bu da növbəti saatlarda Avropadakı istifadəçilərin qoşulmasında problem yaradacaq”.

Avropa ilə yanaşı, Misir, Küveyt və Salvadorda da “Telegram” da problem yaranıb.

Qeyd edək, ki, “Telegram” Rusiya ilə yanaşı, Azərbaycanda da işləmir.

© Oxu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254