İKT

Çərçivəsiz “Oppo A3” smartfonu təqdim edilib
28 APREL
464

Çərçivəsiz “Oppo A3” smartfonu təqdim edilib

2018-04-28 14:51:00

Çinin “Oppo” şirkəti yeni “Oppo A3” smartfonunu təqdim edib. Bu, indi dəbdə olan çərçivəsiz dizaynda işlənmiş orta səviyyəli modeldir.
Fins.az xəbər verir ki, “Oppo A3” smartfonu “Full HD+” (2280x1080 piksel) təsvir ölçüsünə malik və tərəflər nisbəti 19:9 olan 6,23 düymlük ekran, 16 meqapiksellik əsas kamera və 8 meqapiksellik ön kameralarla təchiz edilib. Aparatda barmaq izləri skaneri quraşdırılmayıb. İstifadəçinin sifətinin tanınması ilə smartfonu blokdan çıxartmaq olar.
 
Bundan başqa, yeni aparat 8 nüvəli “MediaTek Helio P60” prosessoru, 4 QB-lıq əməli yaddaş və 128 QB-lıq daxili fləş yaddaşla təchiz edilib. Akkumulyator batareyasının tutumu 3400 milliamper/saat təşkil edir. 2 SIM kart, “4G VoLTE”, “Wi-Fi” (802.11 ac), “Bluetooth 4.2”, “GPS” dəstəklənir. Cihazın ölçüləri 156x75,3x7,8 mm, çəkisi 159 qramdır. Smartfon “Android 8.1 Oreo” mobil əməliyyat sisteminin idarəetməsi altında işləyir.

©ICTnews

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9904
  • ₽ RUB
    0.0277