İKT

Nokia X'in real – FOTOLARI
27 APREL
376

Nokia X'in real – FOTOLARI

2018-04-27 16:40:00

Görünür, HMD Global iPhone X-in yolu ilə gedəcək daha bir şirkət olacaq. Belə ki, Nokia X-in (və ya Nokia X6) real fotoları sızdırılıb və fotolardan da görmək olar ki, Nokia X HMD Global şirkətinin ön paneldən ekran çıxıntısına sahib olacaq ilk smartfon modeli olacaq. Smartfonun bütöv dizaynını aşkara çıxaran fotolar Çinin Weibo saytında sızdırılıb.

Məlumata əsasən hal-hazırda Pekində smartfonun 2 May tarixində təqdimatı üçün hazırlıqlar gedir. Çox güman ki, şirkət əvvəlki illərin Nokia X seriyasını yenidən geri qaytaracaq və Nokia 6X bu yenilənmiş seriyanın ilk cihazlarından biri olacaq. Heç istisna deyil ki, Nokia 6X tamamilə başqa bir smartfon olsun. Məlumata əsasən Nokia X 19:9 nisbətli 5.8 inç ekran, ikili arxa kamera və ikili işıqlandırma sistemi ilə təchiz olunacaq. Smartfonun barmaq izi skanı texnologiyası isə arxa paneldə yerləşəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256