İKT

“Amazon” və Bezosdan yeni rekord!
27 APREL
316

“Amazon” və Bezosdan yeni rekord!

2018-04-27 16:26:00

“Amazon” online riteyleri cari ilin ilk rübünün maliyyə hesabatını açıqlayıb.

Fins.az-ın xəbərinə görə, şirkətin 49,96 milyard dollar həcmində proqnozlaşdırılan net satışları 51,04 milyard həcmində gerçəkləşərək gözləntiləri aşıb.

Aprelin 26-da məlumatın açıqlanmasından dərhal sonra birjada “Amazon”un səhmlərinin dəyəri 4%, daha sonra isə 6,3% artaraq 1614 dollar təşkil edib. Bu yüksəliş Amazon”un rəhbəri Ceff Bezosun “Bloomberg” milyarderlər indeksindəki birinciliyini də möhkəmləndirib. Onun sərvəti daha 12 milyard dollar artaraq 134 milyarda çatıb.   

© lent.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9673
  • ₽ RUB
    0.0259