İKT

“Facebook”un dəyəri və Zukerberqin sərvəti artdı
27 APREL
210

“Facebook”un dəyəri və Zukerberqin sərvəti artdı

2018-04-27 13:56:00

Aprelin 26-də Nyu York birjasında “Facebook”un səhmləri bahalaşaraq son 27 ayın zirvəsinə çıxıb.

Fins.az-ın xəbərinə görə, şirkət ilk rübün maliyyə hesabatını açıqladıqdan sonra səhmlərin dəyəri 9,1% artıb. Şirkətin bazar dəyəri 464 milyard dollardan 506 milyarda yüksəlib.

Mark Zukerberqin şəxsi sərvəti isə 5,7 milyard dollar (8,9%) artımla 69,4 milyard dollara yüksəlib. Nəticədə o, “Forbes”un milyarderlər siyahısında 7-ci sıradan 5-ci sıraya irəliləyib.   

Qeyd edək ki, 1-ci rübün yekunlarına əsasən “Facebook”un gəlirləri 50% artaraq 11,97 milyard dollar, xalis mənfəət isə 63% artaraq 5 milyard dollar təşkil edib. Bu nəticələr analitiklərin gözləntilərini aşıb. İstifadəçi məlumatlarının sızması ilə bağlı qalmaqaldan sonra, 19 martdan 24 aprelə qədər, “Facebook”un səhmləri 13,7% ucuzlaşmışdı.

© Lent.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254