İKT

"Roskomnadzor" sosial şəbəkələrin IP-ünvanlarının bağlanmasına münasibət bildirib
27 APREL
166

"Roskomnadzor" sosial şəbəkələrin IP-ünvanlarının bağlanmasına münasibət bildirib

2018-04-27 11:18:00

Rusiyada "VKontakte", "Yandex", "Twitter", "Facebook" və "Odnoklassniki"nin IP-ünvanları ölkənin Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalar sahəsində nəzarət üzrə Federal Xidmətinin ("Roskomnadzor") girişini qadağan etdiyi saytların reyestrinə daxil edilib.

Məlumata görə, siyahıda həmçinin "Yahoo" və "Liveinternet"in də IP-ünvanları yer alıb. Eyni zamanda "Google", "Microsoft" və "Amazon"un da müəyyən IP-ünvanlarına giriş qadağası qoyulub.

"Roskomnadzor"dan məsələyə verilən şərhdə sosial şəbəkələrin IP-ünvanlarının bloklanmasının texniki səbəblərdən olduğu bildirilib. Qeyd olunub ki, hazırda ünvanlar blokdan çıxarılıb.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254