İKT

Böyük Çin səddinin mühafizəsində süni intellektdən istifadə olunacaq
27 APREL
196

Böyük Çin səddinin mühafizəsində süni intellektdən istifadə olunacaq

2018-04-27 11:02:00

Çin hökuməti Böyük Çin səddinin mühafizəsində süni intellektdən və pilotsuz uçuş aparatlarından istifadə etməyi planlaşdırır.

Fins.az xəbər verir ki, bu məqsədlə Çin Mədəni İrsin Mühafizəsi Fondu ilə “İntel” korporasiyası arasında razılıq sənədi imzalanıb. Sənədə əsasən, birgə əməkdaşlıq çərçivəsində səddin yoxlanması, təmiri və qorunmasında dronlardan istifadə olunacaq.

Çinin əsas rəmzi hesab olunan Böyük Çin səddinin inşası eramızdan əvvəl 3-cü əsrdən başlayaraq Min sülaləsinin hakimiyyət illərinə (1384-1644) qədər davam edib. Səddin bəzi hissələri meşə ilə əhatə olunan hündür dağlıq ərazilərdən keçir ki, belə relyef onun mühafizəsini çətinləşdirir. Mütəxəssislər dronların çəkdiyi şəkillər əsasında səddin zədələnmiş hissələrini aşkarlaya və 3D model texnologiyası ilə həmin hissələrin bərpasını təmin edə biləcəklər.

© 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9996
  • ₽ RUB
    0.0259