İKT

“Samsung Galaxy S9/S9+”un ekranı gözləmədiyiniz qiymətə – 49 AZN
27 APREL
255

“Samsung Galaxy S9/S9+”un ekranı gözləmədiyiniz qiymətə – 49 AZN

2018-04-27 10:51:00

Display Mate Technologies” korporasiyasının prezidenti Raymond Soneyr qeyd edib ki, şirkətin test etdiyi displeylərin ən yaxşısının sahibi “Samsung Galaxy S9” smartfonudur.

Bu, hər kateqoriyada “əla” və ya “çox yaxşı” qiyməti almış ilk smartfon displeydir. Belə ki, yeni “S9” xəttinin smartfonları harada olmağınızdan asılı olmayaraq, sizə əla təsvir keyfiyyəti bəxş edir. Təkmilləşdirilmiş təzadlılıq sayəsində ekranda ötürülən görüntü hətta parlaq günəş şüaları altında  belə dəqiq olaraq qalır.

Öz geniş hesabatında sınaqçılara istinadən Raymond qeyd edir ki, “Galaxy S9” displeyinin rəng ötürmə dəqiqliyi tam və mükəmməldir (0,7 JNCD). Sınaq gedişatında əldə edilmiş nəticələrə əsasən, bu displey ən yüksək qiymətə laiq görülərək “Excellent A+” qiyməti ilə təltif edilib.

Raymon Soneyrin sözləri ilə desək, hər bir smartfonun əsas elementi onun displeyidir. Displey smartfonun şah incisidir. 

Bu səbəbdən gözlənilmədən sıradan çıxmış displey sizi sevimli cihazınızdan məhrum edərək, təmiri üçün sizdən külli miqdarda vəsait tələb edə bilər. Bütün bunları nəzərə alaraq, “Samsung” “Eksklüziv displey zəmanəti” ilə sizə daha çox imkanlar yaradır.

Belə ki, iyun ayının 30-dək rəsmi holoqramlı “Samsung Galaxy S9” və “S9+” əldə edərkən siz “Eksklüziv displey zəmanətinə” sahib olursunuz. Bu zəmanət sayəsində gözlənilməz hadisə nəticəsində zədələnmiş displeyinizi cəmi 49 AZN-ə dəyişmək şansınız var. Aksiya smartfon əldə edilən gündən bir il müddətində qüvvədədir. 

Qeyd edək ki, aksiyadan yalnız bir dəfə istifadə etmək hüququnuz var. “Eksklüziv displey zəmanətinin” əsas üstünlüyü onun, mexaniki daxil olmaqla, hər növ zədələrdə keçərli olmasıdır.

Belə ki, displeyiniz hətta çatlasa belə, siz onu istehsalçı tərəfindən təqdim olunmuş yeni orijinal ekranla cəmi 49 AZN-ə əvəz edə biləcəksiniz. Aksiyanın mütləq şərti: 

“Rəsmi holoqramlı “Samsung Galaxy S9/ S9+” əldə edərkən, satış çeki və  zəmanət talonunu özünüzdə saxlamağı unutmayın”.

Yeni “Galaxy S9” xəttinin smartfonları haqqında əlavə məlumatı “Baku Electronics”, “Irshad Electronics”, “Kontakt Home”, “Maxi.Az”, “Soliton” və “Optimal” mağazalar şəbəkəsindən əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9602
  • ₽ RUB
    0.0254