İKT

“Microsoft” xalis mənfəətini 2,3 dəfə azaldıb
27 APREL
245

“Microsoft” xalis mənfəətini 2,3 dəfə azaldıb

2018-04-27 10:40:00

“Microsoft” şirkəti 2017-2018-ci illər üzrə 9 aylıq gəlirlərini açıqlayıb.

Fins.az xəbər verir ki, maliyyə ilinin yekunlarına əsasən şirkətin xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,3 dəfə azalaraq 7,698 mlrd. dollar, gəlirləri isə 13% artaraq 80,275 mlrd. dollar olub.

Bundan başqa, “Microsoft” şirkətinin maliyyə ilinin III rübündə xalis mənfəəti 35% artaraq 7,424 mlrd. dollar olub.

“Bulud xidmətləri sektorundan əldə olunan gəlirlərin 58 faiz artımı hesabına bu rüb gəlir və əməliyyat mənfəətimizdə 10 faizdən çox artım oldu. Bu, biznesin bütün seqmentlərində gözlədiyimizdən artıq nəticədir”, - deyə şirkətin baş maliyyə direktoru Emi Hud vurğulayıb.

Qeyd edək ki, “Microsoft” şirkətində maliyyə ili iyulun 1-dən başlayır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9349
  • ₽ RUB
    0.0253