İKT

Dünyanın ən təhlükəli saytlarından biri bağlandı
27 APREL
194

Dünyanın ən təhlükəli saytlarından biri bağlandı

2018-04-27 09:57:00

“Avropol” təşkilatı Britaniyanın Milli cinayət agentliyi (NCA) ilə birgə milyonlarla kiberhücumla əlaqədar “Webstresser.org” saytını bağlayıb.

Bu barədə “Bleeping Computer” məlumat yayıb.

Jurnalistlər saytı “DDos-hücumların ən iri servisi” adlandırır. Saytda sifariş olunan kiberhücumlar daha çox Böyük Britaniyanın aparıcı banklarının sistemlərinə yönəlib. 

NCA əməkdaşları əmindir ki, virtual cinayətkarlar “Webstresser” saytından istifadə etməklə 2017-ci ildə ölkənin aparıcı maliyyə qurumlarına irimiqyaslı hücum təşkil edib. Həmin vaxt banklara yüz minlərlə funt sterlinq ziyan dəymişdi.

Polis artıq servisi yaratmaqda şübhəli bilinən altı nəfəri həbs edib.

Milli cinayət agentliyinin məlumatına görə, virtual dələduzlar cəmi 14,99 dollar ödəməklə saytı qısa müddətlik  icarəyə götürə bilib və onunla “DDos” hücumlarını həyata keçirib.

Qeyd edək ki, bundan əvvəl ABŞ hüquq mühafizə orqanları “Power Off” əməliyyatı çərçivəsində ölkədə həmin sayta girişi məhdudlaşdırıb.

© Oxu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9602
  • ₽ RUB
    0.0254