İKT

Əllərin titrəməsini azaldan bilərzik yaradılıb
26 APREL
294

Əllərin titrəməsini azaldan bilərzik yaradılıb

2018-04-26 16:03:00

Tremor – səbəbi məlum olmayan hərəkət pozğunluğudur.

Fins.az xəbər verir ki, bu patologiya adətən, əllərin və ya barmaqların titrəməsi ilə özünü göstərir.

Bəzən baş, səs telləri və bədənin başqa hissələrinin də titrəməsi müşahidə olunur.

ABŞ-ın Kanzas Universitetinin alimləri əllərin titrəməsini azaldan unikal bilərzik hazırlayıblar. Yeni qurğunun sınaqlarında iştirak üçün 130 pasiyent dəvət edilib.

Bilərzik əllərin titrəməsinə səbəb olan neyron fəallığının qarşısını almaq üçün biləkdə median və radial sinirlərə impulslar ötürür. Qadcet sayəsində sınaq iştirakçılarının əllərinin titrəməsi 65 faiz azalıb.

Hazırda alimlər qurğunun təkmilləşdirilməsi üzərində çalışırlar. Onun satışa çıxarılma tarixi və qiyməti barədə hələ ki, məlumat verilmir.

© Xeberler.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9967
  • ₽ RUB
    0.0256