İKT

Facebook-a giriş yalnız ASAN imza ilə mümkün olacaq?
26 APREL
1589

Facebook-a giriş yalnız ASAN imza ilə mümkün olacaq?

2018-04-26 14:58:00

Azərbaycandakı ASAN imza istifadəçiləri Facebook sosial şəbəkəsi və onlayn ticarət sahələrinə daxil ola biləcək. 
Bu barədə B. EST Solutions şirkətinin direktoru Yana Krimpe deyib. 
Bundan əlavə, ASAN imza istifadəçisi Avropa və Azərbaycan arasında transsərhəd elektron xidmətlər peyda olacaq. 
“İstənilən əcnəbi sərmayəçi Vaşınqtondan Tallinədək mövcud olan Azərbaycan səfirliklərində ASAN imzanı ola bilər. Azərbaycan və qeyri-Azərbaycan vətəndaşları kompyuter və ya telefon vasitəsilə Azərbaycan banklarında hesab aça biləcək."


ASAN imza sahiblərin Avropada bir çox sirli qapıları açacağını deyən şirkət rəsmisi bununla belə bunun hansı qapılar olduğunu hələ ki açıqlamayıb. 
Onun qənaətinə görə, ASAN imza və innovativ elektron xidmətləri arasında əməkdaşlıq Azərbaycanın “Doing Business” beynəlxalq biznes reytinqində yerini yaxşılaşdıracaq. 
56 ölkənin ASAN imza platformu əsasında mobil imza ilə birgə bəyannaməni imzalayacağını deyən Y.Krimpenin sözlərinə görə , yaxın zamanlarda Azərbaycanda “Predictable Government” (öncədən bilinən hökümət) xidmət paketləri peydə olacaq. 
Azərbaycanın vergi sistemi banklar iklə birgə biznes üçün avtomatik olaraq hesabatları hazırlayacaq. 
Onun qənaətinə görə, bütün bunlar görüləndən sonra Azərbaycan təkcə nəqliyyat yox, həmçinin rəqəmsal ticarət qovşağına çevriləcək. Bu da öz növbəsində transmilli elektron xidmətləri üçün ən yeni məlumat dəstəyi təmin edəcək.

© Baku.ws

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9649
  • ₽ RUB
    0.0260