İKT

Tətilə gedənlərin nəzərinə – KİBER TƏHLÜKƏ
26 APREL
180

Tətilə gedənlərin nəzərinə – KİBER TƏHLÜKƏ

2018-04-26 14:23:00

Hakerlər tərəfindən hazırlanan yeni bir elektron açar dünyanın hər yerində minlərlə otel qapısını aça bilir.

Fins.az xəbər verir ki, bunun üçün iki haker “master key" adlanan bir açar hazırlayıb.

Qeyd edək ki, onların əsas hədəfindəki İsveç kilidi istehsalçısı Assa Abloy tərəfindən hazırlanan kilid sistemidir.

Bu sistem dünyanın 166 ölkəsində 42,000-dən çox məkanda istifadə olunur. Sistemə hücum edənlər isə Tomi Tuominen və Timo Hirvonen-dir.

Hazırda qeyd edilən klid sistemi ilə işləyən otellər yeniləmə işlərinə başlayıb. Lakin bəzi otellər problemlə bağlı hələ də addım atmayıb.

Ekspertlər səyahətə çıxmağı nəzərdə tutan insanları diqqətli olmağa çağırır.

© Xeberler.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9423
  • ₽ RUB
    0.0253