İKT

“Facebook”un bu funksiyası “Instagram”da da oldu
26 APREL
236

“Facebook”un bu funksiyası “Instagram”da da oldu

2018-04-26 14:21:00

“Facebook” sosial şəbəkəsində "Məlumatlarınızı yükləyin" (“Download Your Information”) funksiyasının analoqu “Instagram”da yaradılıb.

Fins.az-ın xəbərinə görə, bu alət “Instagram”a yüklənmiş bütün məzmunu yükləməyə imkan verir.

Hazırda “Data Download” funksiyası xidmətin saytı vasitəsilə bütün istifadəçilər üçün əlçatandır, sözügedən funksiya yaxın vaxtlarda mobil proqram üçün də təqdim ediləcək.

Sorğu formasına elektron poçt ünvanı daxil edən istifadəçiyə öz hesabındakı məzmunu yükləməyə imkan verən linkdən ibarət məktub göndəriləcək. 48 saat ərzində sorğuya cavab verilir.

© Lent.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9349
  • ₽ RUB
    0.0253