İKT

“Twitter”in I rübdə gəliri 21%-dən çox olub
26 APREL
124

“Twitter”in I rübdə gəliri 21%-dən çox olub

2018-04-26 12:54:00

“Twitter” 2018-ci ilin I rübü üzrə maliyyə göstəricilərini açıqlayıb.

Fins.az xəbər verir ki, bu ilin birinci rübündə şirkətin gəliri ötən ilin eyni dövrü ilə müqayisədə 21,3% artaraq 665 milyon dollara çatıb. 2017-ci ilin yanvar-mart aylarında isə şirkət 548 milyon dollar gəlir əldə etmişdi.

Keçən ilin ilk rübündə 62 milyon dollar zərər edən Twitter, bu il I rübü 61 milyon dollar xalis mənfəətlə başa vurub.

“Twitter“in reklam gəlirləri keçən ilin eyni dövrü ilə müqayisədə 21,3% artaraq 575 milyon dollar olub. 2017-ci ilin müvafiq dövründə isə bu məbləğ 474 milyon idi.

Qeyd edək ki, “Twitter“in ilk rübdə orta aylıq aktiv istifadəçi sayı keçən ilə nisbətən 2,7% artaraq 336 milyon olub. Bu rəqəm keçən ilin eyni dövründə 327 milyon idi.

© BBN.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9906
  • ₽ RUB
    0.0276