İKT

Uşaqlar üçün smartfon və planşet təqdim edilib
26 APREL
115

Uşaqlar üçün smartfon və planşet təqdim edilib

2018-04-26 12:31:00

Archos şirkəti azyaşlı istifadəçilər üçün Junior qurğular seriyasını təqdim edib.

Fins.az xəbər verir ki, bu seriyaya yaşı 3-dən yuxarı uşaqlar üçün Junior Tab planşeti və 7-dən yuxarı uşaqlar üçün Junior Phone smartfonu daxildir.

İstehsalçıların məlumatına görə, təqdim edilmiş qurğularda aparat konfiqurasiyası optimallaşdırılıb və xüsusi proqramlar quraşdırılıb: valideyn nəzarəti vasitələri və Qustodio-dan veb-səhifələrin filtri (1 il ödənişsiz), axtarış sistemi, dil, elm və incəsənətin sirlərinə yiyələnmək üçün proqramlar, musiqi dinləmək, video izləmək üçün proqram təminatı, proqramlaşdırma vasitələri.

Archos Junior Tab smartfonu 854x480 piksel təsvir ölçülü 5 düymlük ekran, 8 və 2 meqapiksellik kameralar, 1,2 GHs takt tezlikli 4 nüvəli prosessor, 1 Gb-lıq əməli yaddaş və 8 Gb-lıq daxili fləş yaddaş (microSD kartları ilə yaddaşın tutumunu artırmaq mümkündür), 2000 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib.

Planşet 1024x600 piksel təsvir ölçülü 10,1 düymlük ekran, 0,3 və 2 meqapiksellik kameralar, 1,3 GHs takt tezlikli 4 nüvəli prosessor, 1 Gb-lıq əməli yaddaş və 8 Gb-lıq daxili fləş yaddaş (“microSD” kartları ilə yaddaşın tutumunu artırmaq mümkündür), 4000 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib.

Hər iki qurğu Android 7 Nougat mobil əməliyyat sisteminin idarəetməsi altında işləyir. Planşet və smartfonun 2018-ci ilin iyun ayında Avropada 79,99 avroya satışa çıxarılması planlaşdırılır.

© Xeberler.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9978
  • ₽ RUB
    0.0273