İKT

“Yüksək texnologiyalar məhsullarının təsnifatı” hazırlanıb
26 APREL
111

“Yüksək texnologiyalar məhsullarının təsnifatı” hazırlanıb

2018-04-26 11:00:00

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və Dövlət Statistika Komitəsinin mütəxəssisləri tərəfindən “Yüksək texnologiyalar məhsullarının təsnifatı” işlənib hazırlanıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib ki, “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramının” 5.2.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə hazırlanmış AZT 051-2018 “Yüksək texnologiyalar məhsullarının təsnifatı” keçmiş Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Kollegiyasının 2018-ci il 12 fevral tarixli 180108500003 nömrəli qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən 2018-ci il fevralın 23-də Hüquqi Aktların Dövlət Reyestrinə (http://www.huquqiaktlar.gov.az/StatementDetails.aspx?statementId=40528 ) daxil edilib.

Elmtutumlu və yüksək texnoloji məhsullarla bağlı təsnifatlara dair beynəlxalq təcrübələrin araşdırılması nəticəsində sözügedən təsnifat Beynəlxalq Standart Ticarət Təsnifatının (“Standard International Trade Classification” - SITC Rev.4) əsasında hazırlanıb.

Avropa İttifaqının Statistika Bürosunun CPA2008 ("Statistical classification of products by activity") təsnifatı və 2009-cu il sentyabrın 1-dən ölkəmizdə tətbiq edilən Məhsul Növləri Təsnifatının (MNT) III versiyası ilə uzlaşdırılıb.

Bu təsnifat yüksək texnologiyalar məhsullarını təsvir etmək üçün nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0016
  • ₽ RUB
    0.0276