İKT

Avropa İttifaqı bu layihəyə 1,5 milyard avro ayıracaq
26 APREL
159

Avropa İttifaqı bu layihəyə 1,5 milyard avro ayıracaq

2018-04-26 10:22:00

Avropa İttifaqı (Aİ) “Ar-Ge” adlı süni intellekt layihəsinə 2020-ci ilə qədər 1,5 milyard avro investisiya qoyacaq.

Fins.az xəbər verir ki, bu layihə ilə ittifaqa üzv ölkələrdə süni intellekt sahəsində rəqabətin gücləndirilməsi nəzərdə tutulub.

İnvestisiyalar daha çox elmi araşdırmalar, innovasiya və texnoloji inkişaf istiqamətlərinə yatırılacaq. Həmçinin, nəqliyyat və səhiyyə sektorunda da süni intellektdən istifadənin genişləndirilməsi planlaşdırılır.

Qeyd edək ki, ABŞ-ın süni intellekt layihələrinə ayırdığı illik məbləğ isə 20 milyard dolları ötür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9423
  • ₽ RUB
    0.0253