İKT

“Google Play Music” yeni xidmətlə əvəz ediləcək
26 APREL
107

“Google Play Music” yeni xidmətlə əvəz ediləcək

2018-04-26 09:38:00

“Google” özünün musiqi dinləmə xidmətini bağlamağa və onu yeni xidmətlə əvəz etməyə başlayacaq.
Fins.az xəbər verir ki, şirkət onu “YouTube” video hostinqi ilə də birləşdirəcək.

Etibarlı mənbəyə istinadən edən insayderlərin məlumatına görə, “Google Play Music” 2018-ci ilin sonunda bağlanacaq. Onun əvəzinə şirkət mövcud video hostinqin bazasında fəaliyyət göstərəcək “YouTube Remix” xidmətini işə salacaq. “Google Play Music” xidmətinin cari istifadəçiləri avtomatik olaraq yeni xidmətə keçiriləcəklər. 
Bildirilir ki, “YouTube Remix” hazırda mövcud olan xidmətdən daha böyük musiqi kitabxanasına malik olacaq. Hazırda “Google Play Music” abunəçiləri 40 milyon ədəd musiqiyə çıxış əldə edə bilirlər. “Google” striminq icazəsi almaq üçün dünyanın iri səsyazma leyblları ilə danışıqlar aparır. 

© Lent.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0001
  • ₽ RUB
    0.0277