İKT

Facebook 2 milyon paylaşımı sildi – SƏBƏB
24 APREL
216

Facebook 2 milyon paylaşımı sildi – SƏBƏB

2018-04-24 15:15:00

Facebook ilin 3 ayında 1.9 milyon İŞİD və Əl-Qaidə məzmunlu paylaşımları sildiyini açıqlayıb.

Fins.az xəbər  verir ki, şirkət məzmunların bəzilərinə də əngəl qoyduğunu bildirib.

Qeyd edək ki, bu say əvvəlki vaxtlara müqayisədə 2 dəfə çoxdur.

Facebook radikal məzmunu aşkar etmək üçün vizual görüntünü tanıma kimi avtomatlaşdırma proqramlarından istifadə edir.

Sosial şəbəkə bu kimi radikal paylaşımları aşkar edib, ortadan qaldırmaq üçün 1 dəqiqədən az vaxt sərf etdiyini də açıqlayıb.

Uzun illər radikal paylaşımlarla mübarizə aparan Facebook ilk dəfə öz "terrorizm" tərifini də elan edib:

“Bizim üçün terrorizm hər hansı qeyri-hökumət təşkilatının bir şəxsə, quruma, cəmiyyətə, təşkilat və ya dövlətə zorakı hücumların planlaşdırılması yolu ilə siyasi, dini və ideoloji hədəflərə çatmağa çalışanlardır”.

© Xeberler.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9474
  • ₽ RUB
    0.0260