İKT

“Xiaomi” tualet kağızının satışına başladı
24 APREL
228

“Xiaomi” tualet kağızının satışına başladı

2018-04-24 15:11:00

“Xiaomi” şirkəti öz məhsullarının çeşidlərini genişləndirərək, dünya bazarlarına “Xiaomi Wuro Toilet Paper” adlanan tualet kağızları rulonu buraxıb. 
Fins.az-ın məlumatına görə, rusiyalılar artıq bu məhsulu 225 rubla və ya 6,20 manata əldə edə bilərlər. 
Məhsulun istehsalında əsl bambuk ağacından istifadə edilir ki, bu barədə də məhsulun reklamında bildirilir. Şirkət əmin edir ki, onun tualet kağızı çoxfunksiyalıdır və ekoloji sertifikata malikdir, istifadəçiləri yalnız keyfiyyətli məhsulla təmin edir. 
“Xiaomi” şirkətinin mağazalarında bu tualet kağızını xüsusi qiymətli qutuda 900 rubla və ya 25 manata əldə etmək mümkündür. Bununla belə, istehsalçı ölkə ərazisində mövcud olan bütün sanitar normalarına  müəyyən edildiyinə də zəmanət verir. Belə bir kağızda hətta çörək və un məmulatlarını da saxlamaq mümkündür.

© Lent.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0016
  • ₽ RUB
    0.0276