İKT

Uşaqların internetə çıxışı məhdudlaşdırılacaq – GÜNDƏ 2-3 SAAT
24 APREL
165

Uşaqların internetə çıxışı məhdudlaşdırılacaq – GÜNDƏ 2-3 SAAT

2018-04-24 12:36:00

Böyük Britaniyanın səhiyyə naziri Ceremi Hant uşaqların internetə çıxışının gündə 2-3 saat olması ilə bağlı məhdudiyyətin tətbiq edilməsi təşəbbüsü ilə çıxış edib. 
Fins.az xəbər verir ki, siyasətçi hesab edir ki, bu addım gənc britaniyalıların təhlükəsizliyini təmin edəcək. 
Bütün dünya üzrə internetə çıxış hətta uşaqlar üçün də əlçatan olur. Ancaq hələlik yalnız Böyük Britaniyada uşaqların mənəvi təhlükəsizliyi yüksək çinli məmurlar səviyyəsində narahatlıq yaradır. Nazirin fikrincə, uşaq üçün şəbəkədə gündə 2-3 saat olması kifayətdir. 
Ceremi Hant uşaqlar arasında populyar olan iri tərtibatçılara müraciət edərək, öz platformalarında uşaq seqmenti ilə məşğul olmağı xahiş edib. O, əsas problem kimi böyüklər və uşaq auditoriyası üçün kontentlər arasında kifayət qədər fərqlənmədiyini göstərib. Ancaq siyasətçi böyük uşaqların məktəbdə təhsil alarkən nə etməli olduğuna aydınlıq gətirməyib. Bu gün kitabxanalarda yeni kitablar, demək olar, olmur, ancaq bütün xəbərlər şəbəkədə saxlanılır. Bu isə uşaqların informasiya məkanında deqradasiyasına gətirib çıxaracaq. 

© Lent.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9602
  • ₽ RUB
    0.0254