İKT

Dünyanı dəyişəcək texnologiyalar
23 APREL
198

Dünyanı dəyişəcək texnologiyalar

2018-04-23 12:57:00

Məlum olduğu kimi, dünyada artıq 6G texnologiyası üzərində işlərə başlayıb.

Fins.az xəbər verir ki, bunun üçün nəzərdə tutulmuş "6Genesis" tədqiqat proqramının maliyyələşdirilib.

Tədqiqata rəhbərlik edən Matti Latva-axo bildirib ki, hər 10 ildə yeni nəsil mobil şəbəkə istifadəyə verilir. Məsələn, 2030-cu ilədək 6G texnologiyasının istifadəyə verilməsi gözlənilir.

Layihə müəllifləri 6G mobil şəbəkəsinin istifadəsi nəticəsində dünyanın dəyişməsini əks etdirən çarx hazırlayıblar.
Mütəxəssislərin fikrincə, 2030-cu ilədək bizi artırılmış reallıq və süni intellekt texnologiyaları əhatə edəcək.

İnterfeys smartfonlarda deyil, birbaşa əlimizdə holoqram şəklində əks olunacaq. İstifadəçilərin sağlamlığının izlənilməsi, həmçinin maraq dairəsindədir. Məsələn, hətta geyim orqanizmin həyat fəaliyyəti göstəricilərinə nəzarət edə biləcək. Şəhərlər qabaqcıl texnologiyaların köməyi ilə sakinlərin rahatlığını və təhlükəsizliyini təmin edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9602
  • ₽ RUB
    0.0254