İKT

Xiaomi Mi 7 3D üz tanıma texnologiyası ilə iPhone X'ə ən çox bənzəyən telefon olacaq
21 APREL
488

Xiaomi Mi 7 3D üz tanıma texnologiyası ilə iPhone X'ə ən çox bənzəyən telefon olacaq

2018-04-21 16:02:00

Hərkəsin səbirsizliklə gözlədiyi Xiaomi şirkətinin ən yeni flaqman modeli olan Xiaomi Mi 7 biraz gec tanıdılacaq. Buna səbəb telefonun bir çox funksiyalar ilə gəlməsi və ən əsas 3D Üz Tanıma texnologiyası ilə istehsal olunmasıdır. Bir çox telefon iPhone X-ə bənzər ekran ilə hazırlansa da, heç birində iPhone-dakı bu texnologiya yox idi. 

Xiaomi Mi 7 3D Üz Tanıma texnologiyası istifadə edən ilk android telefon olacaq.        

Bu gecikməyə digər səbəb 3D oxuma modullarında olan bir sıra problemlərdir. Hal-hazırda bu texnologiya yalnızca Snapdragon 845 prosessoru ilə istifadə edilə bilər. Yəni Qualcomm şirkəti Himax və Truly Opto şirkətləri ilə birliktə bu texnologiyanı sadəcə 845 çipsetinə uyğun hazırlayıb.

Digər tərəfdən öz çipsetlərini istifadə edən Samsung və Huawei kimi şirkətlər 2019-dan tez bu cür modellər çıxarmayacaq. Lakin demək olar ki, artıq 2019-dan etibarən barmaq izi sensorlarının vəzifəsi azalacaq və artıq 3D texnologiyalar həyatımıza daha çox daxil olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254