İKT

“Google” SMS-ləri dəfn edir, yeni messencer yaradır
21 APREL
396

“Google” SMS-ləri dəfn edir, yeni messencer yaradır

2018-04-21 15:54:00

“Google” korporasiyası “Android” sistemi ilə idarə olunan smartfonlarda ənənəvi qısa məlumatları (SMS) əvəz edəcək yeni messencer yaradacaq.

Fins.az-ın verdiyi məlumata görə, “Chat” adlanacaq messencer adi SMS-lərin analoqu olacaq.

İstifadəçidən ödəniş tarif planına uyğun deyil, xərclənən internet trafikinə uyğun çıxılacaq. Bununla belə, əgər məlumat “Chat” proqramı yüklənməyən istifadəçiyə göndəriləcəksə, o, adi SMS alacaq.  

Məqalədə qeyd edilir ki, “Google”un “Chat”ı “Apple”in “iMessage” proqramını xatırladacaq. Ancaq “Google”un yeni messenceri şifrələnməyə malik olmayacaq, oradakı yazışma oxunan formatda operatorlarda saxlanacaq. Korporasiyanın bundan əvvəl inkişaf etdirməyi çalışdığı “Allo” messenceri çox güman ki, bağlanacaq. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256