İKT

Facebook öz prosessorlarını istehsal etməyə başlayacaq
20 APREL
101

Facebook öz prosessorlarını istehsal etməyə başlayacaq

2018-04-20 11:15:00

Artıq bir çox firma öz prosessorlarını və cihazlarının detallarını özü istehsal edir (Apple və Google kimi). Görünər odur ki, artıq Facebook da öz prosessorlarını istehsal etmək istəyir. Yəni, Qualcomm və İntel kimi ehtiyyat hissələri satan şirkətlərdən aslılıq qurtaracaq. Və bu da şirkətin daha az xərc çəkməsinə səbəb olacaq.

Facebook yarımkeçirici prosessorlar(çiplər) istehsal etmək üçün elan verdi. Yeni komanda yığmaq istəyən şirkət SoC/ASIC cihaz proqramlamasını bilən insanlar axtarır.    

Dünya markası olaraq, bu addımı atmağı gec olsa da, güc olmasından yaxşıdır. 2010-cu ildə bildiyimiz kimiApple şirkəti artıq telefonlarında öz istehsal etdiyi prosessorları istifadə etməyə başladı. Həmçinin Google şirkəti də süni zəkaya fokuslanan prosessorlar ilə öz tələbatını ödəyir. Bəs Facebook bu prosessorları harda istifadə edəcək ?. Təxminlərə görə, şirkət istehsal edəcəyi çipləri məlumat mərkəzlərində, virtual gerçəklik kimi sahələrdə istifadə edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9906
  • ₽ RUB
    0.0276