İKT

“Windows” üçün ən yaxşı 10 antivirus - TOP-10
20 APREL
266

“Windows” üçün ən yaxşı 10 antivirus - TOP-10

2018-04-20 10:52:00

Rusiya Keyfiyyət Sistemi (“Roskaçestvo”) “Windows” əməliyyat sistemi üçün ən etibarlı antivirusların reytinqini tərtib edib.

Fins.az-ın məlumatına görə, bununla bağlı bütün dünyada olan tərtibatçıların ən tanınmış 23 proqramı təhlil edilib.  

Araşdırmalar göstərib ki, demək olar, bütün proqramlar casus proqramlarından və fişinqdən olduqca yaxşı müdafiə edə bilirlər. Antivirusların əksər sınaqlarından müdafiə göstəricisi 95 faizi üstələyir ki, bu da zərərli proqramların əks təsirinin ən aşağı həddi hesab edilir. Bununla belə, kibertəhlükəsizlikdən müdafiə üçün ən yaxşı göstərici 97 faiz hesab edilir. 

“Roskaçestvo” ən yaxşı antivirus olaraq “Bitdefender Internet Security” proqramını qəbul edib. Onun ardınca “Kaspersky Internet Security” və onun ödənişsiz analoqu olan “Bitdefender Antivirus Free Edition” hesab edilir. 

Dördüncü və beşinci yerləri müvafiq olaraq “BullGuard Internet Security” və “Norton Security Deluxe” proqramları tutur. 

Maraqlıdır ki, ən yaxşı antivirusların onluğunu “BitDefender” və “Avast” tərtibatçıları tərəfindən yaradılmış pulsuz proqramlar tutur. Bununla belə, “Windows 10” əməliyyat sisteminin əlavə edilmiş “Windows Defender” müdafiə proqramı yalnız reytinqin 17-ci sırasını tuta bilib. 

© Lent.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9570
  • ₽ RUB
    0.0259