İKT

Ombudsman uşaq televiziyasının yaradılmasını təklif edir
20 APREL
118

Ombudsman uşaq televiziyasının yaradılmasını təklif edir

2018-04-20 10:43:00

İnsan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2017-ci il üzrə illik məruzəsində uşaq televiziyasının yaradılması təklif olunur.

Fins.az-ın xəbərinə görə, məruzədə həmçinin televiziya kanallarında uşaq və gənclərin inkişafına ünvanlanmış və tərbiyəvi xarakterli verilişlərin hazırlanması, sosial reklamların yayımlanması, yeni hüquqi mexanizmlərin müəyyən edilməsi, həmçinin milli-mənəvi dəyərləri təbliğ edən internet portallarının yaradılması təklifi də əksini tapıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9745
  • ₽ RUB
    0.0267