İKT

Flaqman göstəricilərə və orta qiymətə sahib Huawei Honor 10 təqdim olundu
19 APREL
198

Flaqman göstəricilərə və orta qiymətə sahib Huawei Honor 10 təqdim olundu

2018-04-19 17:04:00

Huawei şirkəti bugün Honor 10 smartfonunu təqdim etdi. Təqdim olunmuş smartfon müəyyən mənada Huawei P20-yə bənzəyir. Lakin bəzi texniki özəlliklər və qiymət baxımından ondan fərqlənir. Honor 10 ilk növbədə xarici görünüş ilə diqqəti cəlb edir. Smartfon ön paneldən 19:9 nisbətli 5.84 inç LCD ekran, yuxarı hissədən kiçik çıxıntı və ekran altında barmaq izi skanı ilə təchiz olunub. Arxa paneldə isə o, üfüqi şəkildə yerləşdirilmiş ikili arxa kamera və işıqlandırma sisteminə sahibdir.

Təqdimat zamanı əsas diqqət smartfonun kameralarına ayrılmışdır. Honor 10 16 MP (f/1.8 diafraqmalı) + 24 MP arxa kameraya sahibdir. Smartfonun kameralarında həmçinin süni zəka texnologiyasından istifadə olunur. Beləliklə şirkətin digər smartfonları kimi Honor 10 da kadrdakı səhnələri təyin edərək ən optimal çıkiliş parametrlərini təqdim edir. Bununla yanaşı sözügedən smartfonun kameralarında işıqlandırmanın kompensasiyası funksiyası reallaşdırılıb. Bu funksiya sayəsində kadrdakı arxa fonu dəyişərək ona studiya işığı əlavə etmək olur. Smartfon həmçinin f/2.0 diafraqmalı 24 MP-lik ön kameraya sahibdir.

Texniki göstəricilərə gəldikdə isə smartfon 8 nüvəli Kirin 970 və əlavə süni zəka prosessoru, 6 GB RAM, 64/128 GB daxili yaddaş və sürətli enerji yığma özəlliyinə sahib 3400 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Şirkətin məlumatına əsasən smartfon 50% enerjini 25 dəqiqə ərzində yığır. Honor 10 EMUI 8.1 interfeysli Android 8.1 Oreo əməliyyat sistemi vasitəsilə çalışır. Smartfon 27 Aprel tarixindən satışa çıxacaq. 64 GB daxili yaddaşa sahib versiya 415$-a, 128 GB daxili yaddaşa sahib versiya isə 480$-a satılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0001
  • ₽ RUB
    0.0277