İKT

İnterneti kimdən alaq-özəl, yoxsa dövlət provayderindən?
19 APREL
311

İnterneti kimdən alaq-özəl, yoxsa dövlət provayderindən?

2018-04-19 14:40:00

Müşahidələrimiz göstərir ki, bəzən şəhərdə və bölgələrdə istifadəçilər İnternet çəkdirmək istəyəndə müəyyən çətinliklərlə qarşılaşır. Özəl və dövlət provayderləri arasında uzun müddətdir davam edən çəkişmə də vətəndaşlara problem yaradır.

Bəs görəsən, hansısa bir regionda, rayonda və ya şəhərdə, evində və ya iş yerində İnternet bağlantısı yaratmaq istəyən vətəndaş hansı addımları atmalıdır ?

Fins.az xəbər verir ki, Xeberler.az Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüzün paylaşımına istinadən bu barədə ətraflı məlumat təqdim edir.

Burada 2 əsas məqam var :

- Siz telefon xətti üzərində olan ADSL texnologiya ilə internet istəyirsiniz, yoxsa fiber-optik ?

- Siz özəl provayderdən, yoxsa dövlət provayderindən xidmət almaq istəyirsiniz ?

Əgər həmin ərazidəki özəl provayderdən ADSL internet istəyrisinizsə, proses aşağıdakı kimidir :

-Yerli provayderə ərizə ( ünvan və telefon nömrəniz qeyd edilməklə) ilə müraciət edirsiniz 

- Yerli provayder həmin ünvana internet çəkilməsinə icazə üçün Bakıya- AzTelekom MMC-yə rəsmi məktub yazır. (Nə üçün Regional Telekom Qovşaq olduğu halda Bakıya müraciət etməlidir? Bu da anlaşılmaz olaraq qalır).

-Provayder 21 gün bu məktuba cavab gözləyir ( Onu da bildirim ki, mütləq ki21 günə cavab verilməsi ilə bağlı heç bir hüquqi sənəd yoxdur)

-21 gündən sonra AzTelekom həmin ərazidəki Regional Telekommunikasiya Qovşağına və Provayderə icazə və ya rədd edilməklə bağlı cavab yazır. Ümumi statistika belədir ki, adətən özəllərin müraciətlərinin 90%-i müxtəlif bəhanələrlə qəbul edilmir. Adətən özəl provayderdən rədd olunan müştəri haqqında məlumat artıq dövlət provayderində olduğundan onu elə dövlət provayderi xətti ilə internetə qoşmaq bir anda həll olunur)

- Əgər Bakıdan cavab müsbətdirsə, yerli özəl provayder dərhal Regional Qovşağa müraciət edir . Lakin burada da 2-3 gün vaxt sərf edir.

-Nəhayət Regional Qovşaq Provayderin müraciətini yerinə yetirirsə, provayder dərhal vətəndaşa ödənişlə və müqavilə ilə bağlı müraciət edir və internet bağlantınız həll olur

Osman Gündüzün sözlərinə görə, yerli özəl provayderə müraciət etdikdən sonra ən yaxşı halda 25 gündən sonra internet bağlantısı əldə edə bilirsiniz:

“Əgər dövlət provayderi, yəni regionlarda yeganə olan Aztelekom.net provayderi vasitəsilə internet əldə etmək istəyirsinizsə, həmin ərazidə infrastruktur varsa, müraciətiniz adətən 15 dəq.- 1 saat ərzində ərzində həll oluna bilir. Əgər fiber -optik internet istəyirsinizsə, onda mütləq dövlət provayderinə müraciət etməlisiniz. Hələlik regionlarda və elə Bakı şəhərində də özəllər, cüzi istisnaları çıxmaqla bu sahəyə yaxın buraxılmır”.

Osman Gündüz bu istiqamətdə özəl provayderlərin üzləşdiyi problemləri bird aha vurğulayıb:

“Təəssüf ki, xeyli müddətdir ki bu sahədə real vəziyyət, “kədərli” də olsa da, belədir. Provayderlər, digər kiçik sahibkarlıq subyektləri də vəziyyətin nə zaman düzələcəyini səbirsizliklə gözləyir. Xüsusilə də dövlətə məxsus rabitə resurslarından dövlət və özəl provayderlərin bərabər əsaslarla istifadəsi ilə bağlı Qaydaları Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi uzun zamandır təsdiqləmir. Baxmayaraq ki ölkə başçısının son zamanlardakı bütün çıxışlarında kiçik və orta sahibkarlığın, bütövlükdə biznes sektorunun inkişafının vacibliyinə, prioritetliyinə xüsusi önəm verilir, bu sektorda hələlik vəziyyət qənaətbəxş deyil”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9635
  • ₽ RUB
    0.0257