İKT

Minlərlə “Android” proqram uşaqların onlayn aktivliyini icazəsiz izləyir
17 APREL
151

Minlərlə “Android” proqram uşaqların onlayn aktivliyini icazəsiz izləyir

2018-04-17 14:15:00

Google Play” mağazasında uşaqların onlayn aktivliyini izləyən 3300-dən  çox proqram yerləşdirilib. “PET Symposium”un tədqiqatçılar komandası aydınlaşdırıb ki, izləmə valideynlərdən xəbərsiz həyata keçirilir ki, bu da  ABŞ-ın qanunlarına ziddir.
Fins.az xəbər verir ki, “Designed for Families” proqramı çərçivəsində “Google Play” mağazasında yerləşdirilmiş 5855 “Android” proqram araşdırılıb.
Məlum olub ki, mobil proqramların 28%-i "Android sazlamaları ilə qorunan məxfi məlumatlara giriş üçün sorğu edib", 73%-i  isə "məxfi məlumatları internet üzərindən ötürüb". Bu haqda hesabata istinadən “Engadget” nəşri yazıb. 256 mobil proqram geolokasiya məlumatları, 107-si qurğu sahiblərinin elektron poçt ünvanlarını, 10-u isə telefon nömrələrini toplayıb.
Bundan başqa, 1100 proqram daimi identifikatorları (hədəflənmiş reklamın yaradılmasında istifadə olunur), 2281-i isə “Android”in reklam identifikatorlarını ötürür ki, bu da internetdə uşaqların fərdi məlumatlarının müdafiəsi haqda qanunla (COPPA) qadağandır.

© ICTnews

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9801
  • ₽ RUB
    0.0270