İKT

“Microsoft” nüfuzlu torrent proqramını blokladı
17 APREL
192

“Microsoft” nüfuzlu torrent proqramını blokladı

2018-04-17 10:28:00

“Windows Defender” antivirusu “uTorrent” torrent proqramını  virus kimi tanıyaraq bloklamağa başlayıb.

“Microsoft saytında hələ 2017-ci ilin fevral ayında “uTorrent”ə həsr olunmuş ayrıca səhifə yaradılıb. Proqramın müəllif hüquqları pozuntularına görə, pis nüfuza malik olduğu və sistemin işini ləngitdiyi qeyd olunur.

Hal-hazırda “Windows” əməliyyat sisteminin antivirus proqramı avtomatik olaraq “uTorrent”i karantinə ataraq, onun fəaliyyətini dayandırır.  ESET, Sophos, TrendMicro və digər antiviruslar da analoji addımı atıb.

Bununla belə “Microsoft” istifadəçini torrent proqramından istifadə etmə hüququndan da tam məhrum etməyib. İstifadəçi lazım gəldikdə torrent-klineti karantindən çıxaraq “istisnalar” siyahısına daxil edə bilər.

© Oxu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9967
  • ₽ RUB
    0.0256