İKT

Samsung şirkəti internetə çıxışı olmayan Galaxy J2 Pro'nu təqdim etdi
17 APREL
145

Samsung şirkəti internetə çıxışı olmayan Galaxy J2 Pro'nu təqdim etdi

2018-04-17 09:50:00

Müasir mobil cihazlar və o cümlədən yalnız zənglər üçün nəzərdə tutulmuş adi telefonlar ən azından 3G modulu ilə təchiz olunurlar. Lakin Samsung bu dəfə fərqliliyə əl ataraq məktəblilər, yaşlılar və öz məlumatlarının oğurlanmasından etiyat edən insanlar üçün Galaxy J2 Pro smartfonunu təqdim edib. Bu smartfonda 3G, LTE və Wi-Fi şəbəkə modulları bloklanır.

Buna görə də sözügedən smartfonla sadəcə olaraq zəng etmək və ya SMS göndərmək mümkündür. Bu barədə Engadget saytı xəbər verib. Digər göstəricilərinə görə isə Galaxy J2 Pro Samsung şirkətinin digər büdcəli smartfonlarına bənzəyir. O, 4.9 inç qHD keyfiyyətli Super AMOLED ekran, 1.4 GHz tezlikli 4 nüvəli prosessor, 1.5 GB RAM, 8 MP-lik arxa kamera, 5 MP-lik ön kamera və 2600 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Galaxy J2 Pro artıq Cənubi Koreyada 182$ qiymətində satışa çıxıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+14°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0763
  • ₽ RUB
    0.0275