İKT

İlon Maskdan raketlərlə bağlı inanılmaz təklif
17 APREL
358

İlon Maskdan raketlərlə bağlı inanılmaz təklif

2018-04-17 09:47:00

“SpaceX” aerokosmik şirkətinin təsisçisi İlon Mask öz “Twitter” mikrobloqunda oxucuları ilə qeyri-adi ideyasını bölüşüb. Söhbət kosmik raketlərin ikinci pillələrinin Yer planetinə geri qaytarılmasından gedir.

“Bu bir qədər dəlicəsinə səslənə bilər, ancaq “SpaceX” orbital sürət əldə etmiş raketin ikinci pilləsini şənliklərdə istifadə olunan nəhəng hava şarı ilə Yerə qaytarmağa çalışacaq”, - deyə Mask bildirib.

Mask ikinci pilləni hava ilə doldurulmuş xüsusi tikilinin üzərinə endirməyi planlaşdırdıqlarını əlavə edib.

İnanılmaz layihənin texniki təfərrüatı barədə hələ ki, məlumat yoxdur. 

© Modern.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9967
  • ₽ RUB
    0.0256