İKT

Instagramda indiyənə kimi paylaşdıqlarınızı yenidən – YÜKLƏYƏ BİLƏRSİNİZ
13 APREL
296

Instagramda indiyənə kimi paylaşdıqlarınızı yenidən – YÜKLƏYƏ BİLƏRSİNİZ

2018-04-13 17:52:00

Instagram təmsilçilərindən biri bildirib ki, yaxın zaman ərzində istifadəçilər sözügedən servisdə paylaşmış olduqları bütün foto və videoları yükləyə biləcəklər. Bunun üçün servis xüsusi funksiya hazırlayır.  Sosial şəbəkədə olan şəxsi məlumatları saxlamaq üçün alət servisdə mütləq olmalıdır. Bu, Avropada 25 May tarixindən qüvvəyə minəcək internetdə məlumatın təhlükəsizliyi qanununun tələbidir.

Hal-hazırda Instagram-da başqasının və ya şəxsi foto və videonu yükləmək qeyri-mümkündür. Bunu yalnız kənar tətbiqlər vasitəsilə etmək olar. Hələki bu funksiyanın necə çalışcağı və hansı növ məlumatların yükləmək mümkünlüyü barəsində heç bir məlumat yoxdur. Çox güman ki, foto və videodan əlavə olaraq, özəl mesajları, dostlar siyahısını və digər məlumatları yükləmək mümkün olacaq. Yeni funksiyanın nə zaman aktiv olacağı tam dəqiq bilinmir.

© Technote

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0771
  • ₽ RUB
    0.0276