İKT

Xiaomi GoPro şirkətini ala bilər
13 APREL
369

Xiaomi GoPro şirkətini ala bilər

2018-04-13 17:49:00

GoPro şirkəti artıq uzun zamandır ki, öz biznesinin satılması barəsində düşünür. Görünür, bunun üçün yaxşı namizəd də artıq tapılıb. Fins.az xəbər verir ki, action kameralar istehsalı ilə məşğul olan GoPro-nu Çinin Xiaomi şirkəti ala bilər. 2014-cü ildə IPO-ya çıxandan sonra GoPro-nun bazar dəyəri 10 milyard dollardan çox təşkil etmişdi.

İnvestorların gözləntilərini yerinə yetirmək üzrə şirkət media sahəsi üzrə getdi və əyləncəli kontent yaratmağa başladı. Bu müddətdə rəqib şirkətlər action kamera bazarını ələ keçirtməyə başladılar. Beləliklə GoPro-nun əsas biznesi və səhmləri aşağı düşməyə başladı. 2015-ci ilin 4-cü rübünü şirkət böyük vəsait itkiləri ilə başa vurmuşdu. Vəziyyəti şirkətin 2016-cı ildə təqdim etdiyi Karma adlı dron düzəldə bilərdi.

Lakin şirkətin yeni seqmentə çıxmaq istəyi uğursuz oldu. Bu ilin əvvəlində isə GoPro dron istehsalını dayandırdı. Hal-hazırda GoPro təqribi olaraq 760 milyon dollar dəyərində qiymətləndirilir. Xiaomi-nin GoPro-nu alacağı təqdirdə müqavilənin qiyməti 1 milyard dollar təşkil edə bilər. Bu şayiələrin fonunda GoPro şirkətinin səhmləri 8.8% yüksəlib. Qeyd etmək lazımdır ki, Xiaomi şirkəti action kameralar bazarında yenilərdən deyil. Daha əvvəllər o, Çinin YI Technology adlı startapı ilə birlikdə kameralar istehsal edirdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9828
  • ₽ RUB
    0.0267