İKT

WhatsApp Facebook-la hansı məlumatları paylaşır? – RƏSMİ
13 APREL
301

WhatsApp Facebook-la hansı məlumatları paylaşır? – RƏSMİ

2018-04-13 11:18:00

Facebook-un istifadəçilərinin məlumatlarını toplayaraq seçici profilləri yaratması və sonra seçimi xüsusi reklamlarla manipulyasiya etməsi böyük böhrana səbəb oldu.

İndi isə WhatsApp rəsmi nümayəndəsinin Hindistanın ən böyük müstəqil agentliyi olan PTI-ə verdiyi müsahibəsi ilə gündəmə gəlib.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, şirkət rəsmisi müsahibədə WhatsApp-ın hansı bilgiləri topladığını açıqlayıb.

Qeyd edilib ki, WhatsApp çox az məlumat toplayır və hər bir mesajı başdan sona kimi şifrələyir.

Məlum olduğu kimi, son vaxtlar WhatsApp UPI ödəniş dəstəyi də göstərir və bununla da istifadəçilərə virtual ödəmə ünvanı (VPA) vasitəsilə pul göndərməyə imkan verir.

WhatsApp ilə pul göndərildikdə ödəniş xidməti təminatçıları (PSP) bu informasiyanı arxa plana alırlar və əməliyyatı UPI vasitəsilə həyata keçirirlər.

WhatsApp-ın istifadəçi razılığına əsasən ödəniş edildikdə əməliyyat məlumatı, yəni alıcının tarixi, vaxtı, tezliyi və VPA-ı üçüncü tərəflər və Facebook ilə paylaşılır.

Bunu WhatsApp-ın sözçüsü də təsdiqləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9947
  • ₽ RUB
    0.0268