İKT

“Microsoft” uşaqlar üçün yeni texnologiya hazırlayıb
13 APREL
248

“Microsoft” uşaqlar üçün yeni texnologiya hazırlayıb

2018-04-13 10:30:00

“Microsoft” şirkətinin mütəxəssisləri tərəfindən “Project Zanzibar” texnologiyası hazırlanıb. Yeni texnologiya fiziki obyektləri identifikasiya etməyə və izləməyə imkan verən kiçik elastik xalçadan ibarətdir. “Zanzibar” uşaqlara öz oyuncaqlarını fiziki reallıqdan rəqəmsal dünyaya “daşımağa” və onların səsli, vizual və digər xüsusi effektlər sayəsində necə canlandığını görməyə imkan verir.

Fins.az xəbər verir ki, xalça fərdi kompüterə və ya planşetə qoşulduqdan sonra qurğu tərəfindən qəbul edilən obyektin təsviri ekranda görünür. Xalça üzərində bir neçə obyekt olduqda “Zanzibar” hər bir predmetin yerdəyişməsini izləyir və onları dəqiqliklə müəyyən edir.

Layihənin təqdimatı aprelin sonunda Kanadanın Monreal şəhərində keçiriləcək “Hesablama sistemlərində insan amili” konfransında (ACM CHI-2018) təqdim olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259