İKT

“WhatsApp”ın oxşarı çıxdı – TƏHLÜKƏ
13 APREL
355

“WhatsApp”ın oxşarı çıxdı – TƏHLÜKƏ

2018-04-13 09:49:00

“Android” smartfonların sahibləri zərərverici proqramın hücumuna məruz qalıb. 
Fins.az xəbər verir ki,  o, “WhatsApp”ın alternativi adı altında maskalanır və istifadəçilərin şəxsi məlumatlarını oğurlayır. 
Yalançı proqram özünü “WhatsApp Plus” kimi qələmə verir və sosial şəbəkələrdə yayılır. O, cihaza müəyyən keçid vasitəsilə keçdikdən sonra yüklənir, yükləndikdən sonra messencer adı altında əlavə tətbiqləri yükləməyi məsləhət görür. 
Mütəxəssislərin məlumatına görə, bu zərərverici tətbiqdir. O, istifadəçilərin şəxsi məlumatlarını toplayır və onları üçüncü şəxslərə ötürür. Bunun üçün də istifadəçilər öz “Android” cihazlarında “WhatsApp”ın oxşarını aşkar etdikdə, onu dərhal silməlidirlər. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0771
  • ₽ RUB
    0.0276