İKT

Instagram Stories'ə son zamanların məşhur foto rejimi gəldi
12 APREL
181

Instagram Stories'ə son zamanların məşhur foto rejimi gəldi

2018-04-12 12:07:00

Instagram servisi öz məşhur Stories funksiyasına Focus adlı portret rejimini əlavə etdi. Bu rejim çəkilmiş fotonun arxa fonunu bokeh effekti sayəsində bulanıq edir. Lakin bu yeni funksiya bütün cihazlarda çalışmayacaq (məsələn iPhone 6s və bəzi Android smartfonlar). Qeyd etmək lazımdır ki, fotoda bu cür effekti əldə etmək üçün müasir smartfonlarda ikili arxa kameradan istifadə olunur.

Lakin Instagram-da süni zəka texnologiyasından istifadə olunacaq. Yeni funksiya həm arxa kamera həmdə ön kamera üçün keçərlidir və onu hətta videolarda da istifadə etmək mümkündür. Sözügedən effektlə çəkilmiş fotolara filtrlər və stikerlər əlavə etmək olar. Həmçinin  servis qradient rəngli stiker də əlavə edib. Onun vasitəsilə istifadəçilər öz dostlarını işarələyə bilərlər. Əgər sözügedən funksiyaları Instagram-da aşkar edə bilməmisinizsə deməli onlar tədricən hamı üçün aktiv olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9947
  • ₽ RUB
    0.0268