İKT

Amerikalı yeniyetmələrin 82 faizi “iPhone” istəyir
12 APREL
224

Amerikalı yeniyetmələrin 82 faizi “iPhone” istəyir

2018-04-12 10:33:00

“Piper Jaffray” şirkəti ABŞ-ın 40 ştatında 16 yaşlı amerikalı yeniyetmələr arasında sorğu keçirib. 
Fins.az xəbər verir ki, sorğu “iPhone” smartfonlarının “Android” bazalı smartfonlar üzərində üstün olduğunu göstərib. 
Amerikalı yeniyetmələrin 82 faizi “Android” və digər əməliyyat sistemləri ilə işləyən “iPhone” smartfonlarına üstünlük verirlər. Bu, belə sorğuların keçirildiyi müddət ərzində ən böyük yüksək nəticədir. 2017-ci ilin payızında “Apple” şirkətlərinin istehsalı olan smartfonlara yeniyetmələrin 75 faizi səs veriblər. 
Ancaq bu hələ son deyil: Rəyi soruşulanların 94 faizi bildirib ki, özlərinin yeni smartfonu qismində də “iPhone” smartfonunu görürlər. 
Bundan başqa, sorğuda iştirak edənlərin 20 faizi növbəti 6 ay ərzində “Apple Watch” “ağıllı” saatlarını əldə etmək istədiklərini bildiriblər. “Apple Watch”dan daha çox ABŞ-ın yeni nəsli “Rolex” saatlarını əldə etmək istəyir.

© Lent.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259