İKT

Bakcell KSM layihələri vasitəsilə innovasiya və inkişafı dəstəkləyir
09 APREL
323

Bakcell KSM layihələri vasitəsilə innovasiya və inkişafı dəstəkləyir

2018-04-09 18:19:00

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti özünün Korporativ Sosial Məsuliyyət proqramı və digər layihələr vasitəsilə Azərbaycanda innovasiyaların tətbiqini və inkişafı dəstəkləyir.

Bakcell şirkətinin dəstəyilə BMT-nin Azərbaycan Nümayəndəliyinin “ASAN Radio” tərəfindən hazırlanan  “Qlobal məqsədlər” verilişinin növbəti buraxılışı Dayanıqlı İnkişaf Məqsədlərinin əldə edilməsində özəl sektorun roluna həsr ediləcək.

Bu həftənin qonaqları Bakcell şirkətinin İctimaiyyətlə Əlaqələr və Korporativ Kommunikasiya departamentinin rəhbəri Süheyla Cəfərova, BMT İnkişaf Proqramının Azərbaycandakı nümayəndəliyində proqram məsələləri üzrə müşaviri Leyla Fəthi və “Coca-Cola” şirkətinin Qafqaz və Mərkəzi Asiya üzrə kommunikasiya meneceriElşad Fərzəliyevdir. Mütəxəssislər dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında özəl sektor, sənaye, innovasiya və infrastrukturun rolu barədə söz açacaqlar.

“Özünün Korporativ Sosial Məsuliyyət layihələri və digər fəaliyyət növləri vasitəsilə Bakcell Azərbaycanda müxtəlif sahələrin inkişafına böyük töhfə verməkdədir. Bu layihələrin, xüsusilə də bərabərliyin təmin edilməsi, təhsilin inkişaf etdirilməsi, iqtisadi inkişafın dəstəklənməsi, innovasiyaların tətbiqi və s. kimi istiqamətlərdə görülən işlərin məqsədi Dayanıqlı İnkişaf Məqsədlərinə uyğundur. Biz əminik ki dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında və ümumiyyətlə ölkədə sosial problemlərin aradan qaldırılmasında özəl şirkətlərin və müəssisələrin rolu olduqca böyükdür. Telekommunikasiya şirkəti olaraq biz öz rolumuzu məsələn, innovasiyalara dəstək olmaqda, innovativ ideyaların insanların sosial rifahına xidmət etməsində görürük”, deyə Bakcell şirkətinin İctimaiyyətlə Əlaqələr və Korporativ Kommunikasiya departamentinin rəhbəri Süheyla Cəfərova bildirib.

Veriliş “ASAN Radio”da 9 aprel 2018-ci il tarixində saat 18:20-də efirə gedəcək. Verilişin təkrarı 10 aprel (saat 11:05-də) və 13 aprel (saat 14:05-də) tarixlərində yayımlanacaq.

Radioverilişinin əsas məqsədi Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı məlumatlılığın artırılması, 2030-cu ilə qədər olan tədbirlər planı üzrə həyata keçirilən layihələr və dayanıqlılığın təmin olunması üçün müxtəlif strukturların və vətəndaşların üzərinə düşən vəzifələrlə bağlı ictimaiyyəti məlumatlandırmaqdır.     

Qeyd edək ki 2015-ci ilin sentyabr ayında dünya liderləri tərəfindən 17 Dayanıqlı İnkişaf Məqsədi qəbul edilib. Həmin məqsədlər yoxsulluğa son qoymaq, inkişaf və insanların rifahını təşviq etmək, eyni zamanda ətraf mühiti qorumaq üçün səylərin birləşdirilməsini nəzərdə tutur.

Bu əməkdaşlıq çərçivəsində aprel ayı ərzində Bakcell şirkətinin dəstəyilə “ASAN Radio”da (100FM)  5 veriliş efirə veriləcək. 

Azərbaycanın qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell şirkəti həyata keçirdiyi Korporativ Sosial Məsuliyyət proqramı, müxtəlif sosial yönümlü layihələr və innovasiya layihələri vasitəsilə ölkədə  müxtəlif sahələrin dayanıqlı inkişafına öz töhfəsini verməkdədir. “Dayanıqlı İnkişaf Məqsədləri”ninin təviqinə həsr olunmuş “Qlobal məqsədlər” verilişinə dəstək isə Şirkətin bu sahədə gördüyü işlərin bir hissəsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9424
  • ₽ RUB
    0.0256