İKT

İtirilmiş çamadanları tapan cihaz yaradıldı
09 APREL
268

İtirilmiş çamadanları tapan cihaz yaradıldı

2018-04-09 11:33:00

Fransanın “Louis Vuitton” modalar evi baqajın yerləşdiyi yeri müəyyən edə bilən “Echo” trekeri istehsal edib

Fins.az-ın məlumatına görə, cihaz çanta və çamadanlar qəflətən xaricə uçduğu və ya hava limanında qaldığı hallarda onları axtarıb tapmağa imkan verəcək. 
Bildirilir ki, “Echo” “Louis Vuitton” şirkətinin istehsal etdiyi əksər çamadanlara qoşula bilir. İşləməsi üçün onu enerji ilə doldurmaq və çantanın xüsusi bölməsinə qoymaq kifayətdir. Digər şəhərə gəldikdə, çamadanın yiyəsi öz yükünü aşkarlamasa, onun harada itdiyinə tətbiq vasitəsilə baxa bilər. Trekerə SİM-kart daxil edilib ki, o da GPS və Wi-FI-siz onun yerləşdiyi yeri müəyyən edə bilir. Bu treker aktiv rejimdə enerji ilə doldurulmadan yarım il müddətində işləyə bilir. 

Bundan başqa, cihaz çamadan sahibinə kimsə tərəfindən açılması barədə məlumat verəcək. Bunun üçün treker işığa reaksiya verən foto hissiyyatlı sensorla təchiz edilib. Yeni məhsulun qiyməti 620 manat dəyərində olacaq. 

© lent.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259