İKT

İstifadəçilər ödəniş müqabilində Facebook reklamlarını deaktiv edə biləcəklər
09 APREL
281

İstifadəçilər ödəniş müqabilində Facebook reklamlarını deaktiv edə biləcəklər

2018-04-09 10:52:00

Facebook şirkəti istifadəçilər üçün reklamlardan imtina etmək təklifini gözdən keçirdir. Bu barədə NBC saytı şirkətin əməliyyatlar üzrə direktoru Sheryl Sandberg'ə istinadən verib. Sandberg bildirib ki, hal-hazırda istifadəçilərin məlumatları reklam targetinqi üçün istifadə edilir. İstifadəçilər hələki Facebook-un reklam əməkdaşlarına məlumatların verilməsində imtina kimi özəlliyə sahib deyillər.

Bununla yanaşı Sandberg qeyd edib ki, istifadəçilər çox zaman könüllü şəkildə bu məlumatların verilməsinə razı olurlar. O qeyd edib ki, gələcəkdə şirkət istifadəçilərə ödəniş müqabilində reklamlardan imtina özəlliyini əlavə edə bilər. Qeyd etmək lazımdır ki, 4 Aprel tarixində Facebook şirkəti qruplarda paylaşımlar edən istifadəçilərin özəl məlumatlarına keçidi məhdudlaşdırmışdı.

Bundan əlavə şirkət söz verib ki, kənar tətbiqlər istifadəçilərin dostlar siyahısı, və onlara ünvanlanmış mesajlara keçidi əldə edə bilməyəcəklər. Bununla yanaşı sosial şəbəkə bu cür tətbiqlərə dini, siyasi, istifadəçi münasibətləri, təhsil, çalışma yeri kimi məlumatların da ötürülməsini qadağan etməyi planlaşdırır. Qeyd etmək lazımdır ki, şirkətin bu cür yeni sərt siyasəti bir neçə müddət bundan öncə Cambridge Analytica şirkəti tərəfindən 87 milyon Facebook istifadəçisinin məlumatlarını əldə etməsinin məlum olması ilə bağlıdır.

© Technote

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9292
  • ₽ RUB
    0.0255