İKT

Artıq Facebook-da da göndərilmiş mesajları digərlərinin cihazlarından – SİLƏ BİLƏCƏKSİNİZ
09 APREL
253

Artıq Facebook-da da göndərilmiş mesajları digərlərinin cihazlarından – SİLƏ BİLƏCƏKSİNİZ

2018-04-09 10:46:00

Facebook ismarışlara “Unsend” düyməsini əlavə etməyi planlaşdırır. Bu barədə şirkət təmsilçiləri Techcrunchsaytına bildiriblər. 6 Aprel tarixində Facebook təsdiq etdi ki, şirkətin yaradıcısı Mark Zuckerberg-in göndərdiyi ismarışları pozur. Sosial şəbəkə təmsilçilərinin sözlərinə əsasən bu tədbir təhlükəsizlik baxımından görülür.

Belə ki, 2014-cü ildə Sony Pictures şirkətinin hack olunmasından sonra Facebook Mark Zuckerberg tərəfindən göndərilən ismarışların qalma vaxtlarını azaldıb. Adi insanlar da çatlarda göndərdikləri ismarışları poza bilərlər. Lakin fərq ondan ibarətdir ki, adi insanların pozduqları ismarışlar yalnız öz hesablarından silinəcək. İsmarışları qəbul etmiş şəxsin hesabında isə onlar qalacaqlar. Techcrunch ilə söhbətlərində şirkət təmsilçiləri bildirdilər ki, onlar “Unsend” düyməsini hamı üçün aktiv etməyi planlaşdırırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9967
  • ₽ RUB
    0.0256